"PAŞA Holding" səhmlərini İstanbul Fond Birjasında yerləşdirə bilər

"PAŞA Holding" səhmlərini İstanbul Fond Birjasında yerləşdirə bilər
# 15 yanvar 2016 08:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Holding”in 10-15% həcmində səhmlərini İstanbul Fond Birjasında yerləşdirə bilər.

APA-Economics”in məlumatına görə, holdinqin direktoru Mircamal Paşayev “The Business Year” jurnalına müsahibəsində deyib ki, İstanbul Fond Birjası “PAŞA Holding”in aktivlərinin bir hissəsinin, 10-15% səhminin yerləşdirilməsi üçün potensial yerdir. M.Paşayev bildirib ki, burada məqsəd bazarın bu addıma reaksiyasını müəyyənləşdirməkdir. Onun sözlərinə görə, bu niyyət növbəti strategiyanın bir hissəsi ola bilər.

“Üçillik strategiyamızda biz daha çox 10 il ərzində əldə etdiyimiz uğurlara diqqətimizi yönəltmişik. Və biz strategiya hazırlayanda kənd təsərrüfatı kimi yeni müəssisələri çıxış imkanlarını nəzərdən keçirəcəyik”, - deyə M.Paşayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR