“Bank Standard” əməliyyatçı vəzifəsi üzrə təcrübə proqramı elan edir

“Bank Standard” əməliyyatçı vəzifəsi üzrə təcrübə proqramı elan edir
# 23 avqust 2016 11:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank Standard” ali məktəbi yeni bitirən, iqtisadi, texniki, riyazi təhsilli, bank sektorunda çalışmaq istəyən, lakin təcrübəsi olmayan şəxsləri təcrübə proqramına qoşulmağa dəvət edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, təcrübə proqramı çərçivəsində aparılan seçim zamanı gülərüz, xoş görünüşlü, yaşı 25-dək olan şəxslərə üstünlük veriləcək.

Bir neçə xarici dil biliklərinin olması namizəd üçün əlavə üstünlük hesab olunacaq. Təcrübə proqramını uğurla başa çatdıran namizədlər “Bank Standard” KB-də işlə təmin olunacaqlar.

Təcrübə proqramı çərçivəsində namizədlər müştərilərlə ünsiyyət saxlayacaq, pərakəndə müştərilərə xidmət üzrə fəaliyyət göstərəcək, bir sıra bank əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər.

Namizədə qarşı tələblər:

• Ali təhsilinin olması;

• Yüksək ünsiyyət qabiliyyəti;

• Gülərüz, səbirli və mehriban olması;

• Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (digər xarici dil bilikləri üstünlük kimi hesab olunacaq);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət edənlərdən vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərə xidmət mərkəzi üçün əməliyyatçı” şəklində göstərməyi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR