Çempionlar Liqasında 1/8 finalın ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 finalın ilk oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 16 fevral 2016 23:37 (UTC +04:00)

Bakı-APA. Avrokuboklarda iki aylıq fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma ilə Çempionlar Liqasında (ÇL) həlledici mərhələyə start verilib.

Parisdə keçirilən günün mərkəzi görüşündə PSJ “Çelsi”ni məğlub edib. İlk hissəsi bərabərliklə bitən qarşılaşmanın sonlarında fransızlar qələbə qolunu vura biliblər. Ancaq bu nəticə onları rahatlada bilməz. Belə ki, cavab qarşılaşmasında səfər qolunun üstünüyündən yararlanmaq londonlular üçün əlavə stimul olacaq.

Günün digər matçında “Zenit” “Benfika”nın qonağı olub. Ruslar səfər oyununda minimalhesablı məğlubiyyətlə dönüblər. Qarşılaşmdadkı yeganə qolu oyuna əlavə olunmuş dəqiqələrdə Xonas vurub.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

16 fevral

PSJ (Fransa) – “Çelsi” (İngiltərə) - 2:1

Qollar: İbrahimoviç, 39, Kavani, 78 - Obi Mikel, 45+1

“Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) - 1:0

Qol: Xonas, 90+1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR