Lionel Messi beşinci dəfə “Qızıl top”la təltif olunub

Lionel Messi  beşinci dəfə “Qızıl top”la təltif olunub
# 11 yanvar 2016 19:53 (UTC +04:00)

Bakı-APA. Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Qızıl top” mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə bəlli olub.

Mükafata “Qızıl top”un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo namizəd idi.

Nəticədə ispaniyanın “Barselona” klubunun və Argentina milli komandasının üzvü Lionel Messi 5-ci dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı bəlli olub.

Kişilər arasında ilin ən yaxşı futbolçusu:

Lionel Messi ("Barselona", Argentina yığması)

Qadınlar arasında ilin ən yaxşı futbolçusu:

Karli Lloyd ("Hyuston", ABŞ yığması)

Kişilər arasında ilin ən yaxşı məşqçisi:

Luis Enrike ("Barselona")

Qadınlar arasında ilin ən yaxşı məşqçisi:

Cil Ellis (ABŞ yığması)

İlin ən yaxşı qolu:

Vendell ("Atletiko Qoyanense"), "Qoyanezi"nin qapısına

İlin simvolik yığması:

Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo

"Fair-Play" mükafatı:

Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)

Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR