2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,6 mlrd. manatdan çox daxilolma proqnozlaşdırılır

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,6 mlrd. manatdan çox daxilolma proqnozlaşdırılır
# 14 sentyabr 2015 15:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 mlrd. 602 mln. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR