Boris Tadiç: “Biz Kosovo və Dağlıq Qarabağ məsələsində oxşar çətinliklərlə üzləşmişik”

Boris Tadiç: “Biz Kosovo və Dağlıq Qarabağ məsələsində oxşar çətinliklərlə üzləşmişik”
# 10 mart 2016 12:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla Serbiya arasında oxşarlıqlar çoxdur. Əminəm ki, bir çox insan bundan xəbərdardır. Eyni zamanda Azərbaycan neft və qaz, enerji sahəsində vacib rol oynayır. Qafqaz həm də neft və qazın Avropa İttifaqı ölkələrinə daşınmasında dəhliz rolunu oynayır”.

APA-nın xəbərinə görə, bu sözləri IV Qlobal Bakı Forumunda iştirak edən Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib. O, ötən il Azərbaycanla strateji tərəfdaşlığa dair sənəd imzaladıqlarını söyləyib: “Biz Kosovo və Dağlıq Qarabağ məsələsində bəzi oxşar çətinliklərlə üzləşmişik. Mən öz dövrümdə Azərbaycanla daha yaxşı iqtisadi münasibətlər qurmağa çalışmışdım. Bizim indi yeni hökumət və yeni prezidentimiz var və mənim başladığım işi davam etdirirlər. Lakin mən digər imkanların olduğunu da görürəm. Azərbaycanın bəzi tikinti şirkətləri ölkəmizdə işləyir. Amma bizim enerji sahəsində də əməkdaşlıq üçün böyük potensialımız var. Mən Serbiyanın Cənubi Qaz Dəhlizinə qoşulmasını istərdim. Biz bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə də danışdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR