ARDNF bugünkü hərracda 50 mln. dollar satıb

ARDNF bugünkü hərracda 50 mln. dollar satıb
# 31 may 2016 10:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 40 mln. dolları 3 banka və 10 mln. dolları isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR