İrandan Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alınıb
# 03 dekabr 2015 13:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İrandan Azərbaycana psixotrop maddə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlham Fərzəliyevə məxsus sellofan torbanın və iki ədəd tava qutusunun içərisindən, ümumilikdə 1 400 ədəd həbdən ibarət klonazepam adlı dərman preparatı aşkar edilərək götürülüb.

Xatırladaq ki, klonazepam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III siyahısına daxildir və aşkar olunan 1400 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR