Sərnişin və yük daşıyan şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş verginin proqnozu 61% icra olunub

Sərnişin və yük daşıyan şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş verginin proqnozu 61% icra olunub
# 23 may 2016 14:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyan şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş verginin proqnozu cəmi 60,9% (10 mln. min manat proqnoza qarşı 6 mln. 87,6 min manat) səviyyəsində, o cümlədən hüquqi şəxslər üzrə 48,6%, fiziki şəxslər üzrə isə 79,8% icra olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü illə müqayisədə 2105-ci il ərzində avtomobil nəqliyyatı ilə sərnişindaşımanın həcminin 7,0% artaraq 1666155,1 min sərnişinə yükdaşımanın həcminin 7,0% artaraq 137605,6 min tona çatdığını, eləcə də 2014-cü ildə müvafiq göstəricilərin 2013-cü illə müqayisədə 4,8% və 2,7% artdığını nəzərə alsaq, 2015-ci ildə proqnozun tam icra olunmamasının və bu fəaliyyətdən daxil olmuş sadələşdirilmiş vergi məbləğinin 2013-cü ilə nisbətən 1490,6 min manat və ya 19,7% azalmasının səbəbinin subyektiv amillərlə bağlılığını, büdcəyə ödənilmiş vəsaitin vergitutma bazasına faktiki olaraq qeyri-adekvat olduğunu qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR