Beynəlxalq Atom Enerjisi Agentliyi: Şimali Koreyanın addımı BMT TŞ qətnaməsinin pozulmasıdır

Beynəlxalq Atom Enerjisi Agentliyi: Şimali Koreyanın addımı BMT TŞ qətnaməsinin pozulmasıdır
# 06 yanvar 2016 11:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması deməkdir”.

APA-nın “RİA Novosti”yə istindən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano deyib. O, rəsmi Pxenyanı öz öhdəliklərini yerinə yetirməyə çağırıb: “KXDR bu gün hidrogen bombasını sınaqdan keçirdiyini bəyan edib. Əgər bu fakt təsdiqlənərsə, KXDR-in bu addımı BMT TŞ qətnaməsinin açıq şəkildə pozulması demək olacaq. Mən KXDR-i qəti şəkildə BMT TŞ və agentliyin qətnamələrinə əməl etməyə çağırıram”.

Xatırladaq ki, bu gün Şimali Koreya Bakı vaxtı ilə saat 05:30-da ilk hidrogen bombasını sınaqdan keçirdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR