“Rəvan” klubunun baş məşqçisi istefaya göndərilib

“Rəvan” klubunun baş məşqçisi  istefaya göndərilib
# 16 oktyabr 2015 23:04 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasında növbəti məşqçi ayrılığı reallaşıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Rəvan”ın baş məşqçisi Emin Quliyev istefaya göndərilib.

Yenidən Premyer Liqaya qayıtdıqdan sonra gözlənilən nəticəni heç cür əldə edə bilməyən paytaxt klubu "zirzəmi"dən qurtula bilmir.

Sonuncu turun açılış oyunundakı “Kəpəz” məğlubiyyəti isə gənc mütəxəssis üçün sonuncu olub.

Emin Quliyevin istefasından sonra yeni baş məşqçinin kimliyi bəlli olub. “Kəpəz”lə oyundan sonra təcili toplanan rəhbərlik bu vəzifəni köhnə-yeni baş məşqçi Bəhmən Həsənova tapşırıb.

Qeyd edək ki, Bəhmən Həsənov daha əvvəl bir neçə dəfə “Rəvan”da bu postda çalışıb. 52 yaşlı mütəxəssis baş məşçqi təyin olunana qədər klubda uşaq futboluna nəzarət edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR