Sabirabadda kompleks meliorasiya tədbirləri görülür

Sabirabadda kompleks meliorasiya tədbirləri görülür
# 16 sentyabr 2016 08:00 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda kompleks meliorasiya tədbirləri görülür.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonunun Azadakənd kəndi ərazisində Kür çayından qidalanan, rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələmbəyli kəndlərinin əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə "Haş suvarma kanalı" inşa edilir. Yeni kanalın işə düşməsi ilə 11 min 498 hektar əkin sahəsi su ilə təmin olunacaq.

Layihə əsasında tikinti işlərinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Tikintinin birinci mərhələsində suqəbuledici qurğu olan stasionar nasos stansiyası və iki boru xəttinin tikintisi, o cümlədən beton kanalın 3 kilometrlik hissəsində işlər başa çatdırılacaq. Kanalın ümumi uzunluğu isə 24 km olacaq. Hazırda nasos stansiyasında işlərin 70%-i başa çatıb və beton kanalın 700 metrlik hissəsində işlər yekunlaşıb. Yeni stansiyanın su ötürmə qabiliyyəti 10 kubmetr/saniyə olacaq. Həmçinin uzunluğu 2880 paqonometr olan 4 boru xətti də inşa edilir. Torpaqbərkitmə və betonlanma işləri aparılır. Tikinti işlərində yerli istehsal olan boru xətlərindən istifadə olunur.

“Meliorasiya və su təsərrüfatı” ASC-nin təşkilatçılığı ilə həyata keçən tikinti işlərinə 50-yə qədər müxtəlif növ texnika cəlb olunub. Bütövlükdə tikinti işlərində 100-dən çox işçi qüvvəsi çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR