Mədəniyyət və Turizm İdarəsi ilə “ATV Kitab” layihəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Mədəniyyət və Turizm İdarəsi ilə “ATV Kitab” layihəsi arasında əməkdaşlıq memorandumu imzalanıb
# 09 mart 2016 12:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı şəhər Mədəniyyət və Turizm idarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. İdarədən APA-ya verilən məlumata görə, memorandumu qurumun rəisi Vuqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar.

Həmçinin, əməkdaşlıq sənədinə əsasən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.

Memorandumun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR