Mədəndə dağıntılar altında qalan şaxtaçılar 36 gündən sonra xilas ediliblər

Mədəndə dağıntılar altında qalan şaxtaçılar 36 gündən sonra xilas ediliblər
# 30 yanvar 2016 09:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çinin Şandun vilayətində gips mədəninin uçması nəticəsində dağıntılar altında qalan 4 işçi 36 gündən sonra xilas edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həkimlər onların ciddi xəsarət almadıqlarını, artıq fevral ayının əvvəllərində evlərinə buraxılacaqlarını bildiriblər.

Hadisə ötən il dekabrın 25-də baş verib. Mədən uçan zaman içəridə 29 işçi olub. Onlardan 11-i dərhal çıxarılıb, 1 nəfər ölüb, daha 13 nəfər isə itkin elan olunub. 4 şaxtaçı 200 metr dərinlikdə sağ qalıb.

Xatırladaq ki, gips mədəni çökəndən sonra mədənin sahibi intihar edib. Daha bir neçə rəhbər şəxs isə istintaqa cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR