Rusiyada və Azərbaycanda axtarışda olan şəxslər saxlanılıb

Rusiyada və Azərbaycanda axtarışda olan şəxslər saxlanılıb
# 26 yanvar 2016 13:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiyada və Azərbaycanda axtarışda olan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Zülfüqar Qəmbərov yaxalanıb.

Qaradağ rayon 11-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 12-də Qobustan qəsəbə sakini Mürsəl Hüseynovu tüfənglə hədələyərək pul verməsini tələb etmiş, lakin istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk etmiş, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə axtarışda olan İbad Muxtarov Qazax rayonu ərazisindəki “Şıxlı” gömrük postunda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR