Elmar Məmmədyarov Brüsseldə Əfqanıstan üzrə konfransda iştirak edir

Elmar Məmmədyarov Brüsseldə Əfqanıstan üzrə konfransda iştirak edir
# 05 oktyabr 2016 09:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Brüsseldə Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Əfqanıstan üzrə konfrans başlayıb.

APA-nın məlumatına görə, konfrans Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin sədrliyi ilə keçirilir.

Tədbirdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Konfransa Əfqanıstan prezidenti Əşrəf Qani, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibi Pan Gi Mun, NATO baş katibi Yens Stoltenberq və digər rəsmi şəxslər də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR