Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklər üçün gömrük prosedurları sadələşdirilir"

Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklər üçün gömrük prosedurları sadələşdirilir"
# 28 yanvar 2016 11:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklər üçün gömrük prosedurları sadələşdirilir. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfekçi Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə görüşündən sonra deyib.

Nazirin sözlərinə görə, hər üç ölkənin gömrük orqanlarının rəhbərlərinin iştirakı ilə xüsusi mexanizm yaradılacaq. O əlavə edib ki, bu, yüklərin daha sürətli daşınmasına səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR