Avropa Komissiyasının vitse-prezidenti: “Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir”

Avropa Komissiyasının vitse-prezidenti: “Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir”
# 29 fevral 2016 11:36 (UTC +04:00)

Bakı - APA. “Xəzər dənizinin resurslarının Avropa bazarlarına çatdırılması böyük əhəmiyyət daşıyır”.


APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib.

M. Şevçoviç deyib ki, Avropa İttifaqı enerji təhlükəsizliyini mühüm məsələ hesab edir: “Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük maraq var. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə maraq və dəstəyini yüksək qiymətləndirirəm. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsi dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR