Çexiyada avtobusun aşması nəticəsində 40-dək uşaq xəsarət alıb

Çexiyada avtobusun aşması nəticəsində 40-dək uşaq xəsarət alıb
# 09 mart 2016 11:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Çexiyada məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 40 nəfər, o cümlədən 36 uşaq xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, yol qəzası paytaxt Praqadan 50 km şimal-qərbdə buzlu yolda baş verib. Yol qəzasına əlverişsiz hava şəraitində avtobusun yüksək surətlə hərəkət etməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR