“Nar” Lənkəranda yeni mağazasını təqdim edib

“Nar” Lənkəranda yeni mağazasını təqdim edib
# 27 noyabr 2015 15:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar” yeni konseptdəki növbəti Satış və Xidmət Mərkəzini cənub bölgəsində açıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Həzi Aslanov küçəsi 27 ünvanda açılmış yeni mərkəz Lənkəran şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan “Nar” bu dəfə də istifadəçilərin istəklərinə yönəldilmiş bir sıra addımlar atıb.

Açılış zamanı mobil operatorun ən sərfəli tarif və kampaniyaları, o cümlədən yeni “Ailəm” paketi barədə geniş məlumat verilib. Xatırladaq ki, 4 nömrənin daxil olduğu “Ailəm” paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanı yaradır.

Hazırda ölkədə 4 “Nar” satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda “Nar” diler dükanları fəaliyyət göstərir.

“Ailəm” paketi haqqında ətraflı məlumatı və mağazaların ünvanı, xidmətlər haqqında ətraflı məlumatı aşağıdakı internet səhifələrindən əldə etmək mümkündür:

https://www.nar.az/az/pages/default/pageName=campaigns_catalog&id=1377/

https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR