Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb

Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb
# 24 yanvar 2016 02:39 (UTC +04:00)

Bakı-APA. Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçi postundan uzaqlaşdırılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili məlumat verib.

Ona yeni müqavilə təklif edilsə də, tərəflər arasında maliyyə məsələsində anlaşmazlıq yaranıb.

Sxadadze üçün ödənilən məbləğin çox olduğunu bildirən GFF prezidenti 50%-lik endirim təklifinin rədd edilməsindən sonra baş məşqçi ilə yolları ayırmağı üstün tutub.

Qeyd edək ki, Kaxa milli komandada işləmək üçün Bakının “İnter” komandasının baş məşqçi postundan istefa vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR