Vəkil Amal Kluni Xədicə İsmayılovanı müdafiə edəcəyini açıqlayıb

Vəkil Amal Kluni Xədicə İsmayılovanı müdafiə edəcəyini açıqlayıb
# 19 yanvar 2016 21:19 (UTC +04:00)

Bakı-APA. Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

APA-nın “Amerikanın Səsi”nə istinadən verdiyi məlumata görə, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində özü bildirib.

Amal Kluni bundan əvvəl "erməni soyqırımı" iddiasını müdafiə etməklə gündəmə gəlib

A. Kluni deyib ki o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xədicə İsmayılovanın vəkilləri isə hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi Amal Kluni olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR