Zərdabda ev yanıb, 1 nəfər xəsarət alıb

Zərdabda ev yanıb, 1 nəfər xəsarət alıb
# 23 noyabr 2015 06:08 (UTC +04:00)

Bakı-APA. Bu gecə Zərdab rayonunda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR