Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb

Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb
# 14 dekabr 2015 22:52 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakının Binəqədi rayonu ərazisində "Shacman" markalı yük maşını aşıb.

APA-nın məlumatına görə, hadisə Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində baş verib.

Yük avtomobilinin sürücüsü Kənan Süleymanlı idarəetməni itirib və maşını aşırıb. Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR