Azərbaycanlı bəstəkarın Parisdə konserti keçiriləcək

Azərbaycanlı bəstəkarın Parisdə konserti keçiriləcək
# 25 avqust 2016 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 8-də gənc bəstəkar Etibar Əsədlinin Parisin “Reservoir” klubunda konserti keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, Fransada yaşayan E. Əsədli 2013-cü ilə qədər Bakıda keçirilmiş caz festivallarında çıxış edib.

O, Fransa, İngiltərə, Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib, 48-ci Montrö Caz Festivalının iştirakçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR