Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb

Bakı sakinindən xeyli miqdarda narkotik götürülüb
# 25 yanvar 2016 10:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taləddin Məmmədovdan 4 kiloqram 856,70 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR