Suriya üzrə danışıqlar martın 9-da bərpa ediləcək

Suriya üzrə danışıqlar martın 9-da bərpa ediləcək
# 01 mart 2016 17:22 (UTC +04:00)

Bakı-APA. Suriya üzrə danışıqların növbəti raundu martın 9-da Cenevrədə keçiriləcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib.

Bundan əvvəl sülh danışıqlarının martın 7-də bərpa ediləcəyi bildirilirdi.

“Danışıqların iki gün təxirə salınması texniki səbəblər və Suriyada atəşkəs rejiminin möhkəmləndirilməsinin zəruriliyi ilə bağlıdır. Güman edirəm ki, danışıqların vaxtı bir daha dəyişməyəcək”, deyə S.de Mistura qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR