Şagirdləri xüsusi təhsildən gizlətmə halları var

Şagirdləri xüsusi təhsildən gizlətmə halları var
# 15 aprel 2016 11:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Hazırda ölkədə ümumilikdə 9 min 144 sağlamlıq imkanları məhdud olan şagird evdə təhsil alır. Onların 60%-i əqli cəhətdən, 40%-i isə fiziki cəhətdən qüsurlu şagirdlərdir”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Əhliyyət Adıgözəlov deyib. Onun sözlərinə görə, ötən il bu rəqəm 9 min 361 nəfər, ondan əvvəlki il isə 10 mindən bir az çox olub.

Göstəricinin getdikcə azaldığını deyən Ə.Adıgözəlov vurğulayıb ki, artıq yalnız saǧlamlıq imkanları məhdud olan və evdə təhsilə ehtiyacı olanlar araşdırılır və evdə təhsilə yönləndirilir: “Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün Azərbaycanda 2 evdə təhsil məktəbi fəaliyyət göstərir. Onun biri Bakıda, digəri Sumqayıt şəhərindədir. Bu gün ciddi problemlərdən biri maarifləndirmə işi ilə bağlıdır və bu sahədə dəyişiklərin aparılmasına ehtiyac var. Bir çox ailələrdə uşaqları xüsusi təhsilə cəlbdən gizlətmə halları mövcuddur. Bəzi valideynlər qızlarının gələcək ailə həyatına görə və yaxud övladının problemini kimsə bilməməsi üçün gizlədirlər. Təhsil Nazirliyi hazırda maarifləndirmə işləri aparır. Amma hələ də belə ailələr mövcuddur ki, onlar belə faktları gizlədirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR