Rusiyada İŞİD-çilər üçün saxta sənədlər düzəldən 14 nəfər saxlanılıb

Rusiyada İŞİD-çilər üçün saxta sənədlər düzəldən 14 nəfər saxlanılıb
# 18 fevral 2016 09:33 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyi ilə aparılan birgə fəaliyyət nəticəsində beynəlxalq cinayətkar qruplaşma ifşa edilib. Qruplaşmanın müştəriləri Rusiya və digər MDB ölkələri vətəndaşları olub.

“Qruplaşma üzvləri İŞİD sıralarında vuruşmaq üçün Suriyaya gedənlər, eləcə də Rusiyada terror və ya ekstremist fəaliyyət gerçəkləşdirmək niyyətində olanlar üçün saxta sənədlər hazırlayıblar”, - deyə məlumatda qeyd edilib.

Qruplaşmanın digər müştərilərinin isə qeyri-qanuni miqrantlar olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR