Ərdoğan: “Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib”

Ərdoğan: “Sultanəhməddə partlayışı suriyalı kamikadze törədib”
# 12 yanvar 2016 12:54 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb.

APA-nın NTV-yə istinadən xəbərinə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. O, hadisə nəticəsində 10 nəfərin öldüyünü, 15 nəfərinsə xəsarət aldığını bildirib: “Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR