ANAMA 5 ayda 3 474 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA 5 ayda 3 474 ədəd partlamamış hərbi sursat aşkarlayıb
# 28 avqust 2016 13:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Goranboy rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, avqustun 28-də Goranboy rayonunun Buzluq kəndində 1 otlaq sahəsində 1 partlayış yerinə baxış keçrilib.

Otlaq sahəsində 1 ədəd 100 mm-lik partlamamış top mərmisi (PS-34, qəlpəli-partlayış dalğalı) aşkar edilərək götürülüb. Nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 28 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. Nəticədə 3 474 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR