Bakı. Hafiz Heydərov - APA. Ucar və Cəlilabadda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də Ucar şəhərində yaşayan Abid Nurməmmədovun evindən 550 manat və məişət əşyaları oğurlanıb. Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Rahib Xəlilov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 19-da rayon sakini Kamran Həsənovun 64 manatını oğurlaması müəyyən edilib.
Daha bir oğurluq hadisəsi Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Vaqif Qiyasovun həyətindən 8 baş qoyun oğurlanıb. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Əli Yolçuyev, Fərrux Ağazadə və Rafət Cəfərov tutulublar.
Hər bir faktla bağlı araşdırma aparılır.