Ərdoğan: "Bölgəmizdə cərəyan edən proseslər bizi Cümhuriyyətimizin 100-cü ili olan 2023-cü il hədəfinə çatmaqdan qətiyyən geri qoya bilməz”

Ərdoğan: "Bölgəmizdə cərəyan edən proseslər bizi Cümhuriyyətimizin 100-cü ili olan 2023-cü il hədəfinə çatmaqdan qətiyyən geri qoya bilməz”
# 30 oktyabr 2015 05:19 (UTC +04:00)

APA-nın Türkiyə bürosunun məlumatına görə, Beştəpə məhəlləsindəki prezident sarayında keçirilmiş qəbulda siyasətçilər, ordunun yüksək vəzifəli şəxsləri, elm, mədəniyyət, media dünyasının nümayəndələri, iş adamları, diplomatik korpusun rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəbulda çıxış edən prezident Ərdoğan dünya ölkələrinin inkişaf etdiyi dönəmlərdə Türkiyənin öz enerjisini daxildəki mübarizələrə sərf edərək geri qaldığını deyib. Demokratiya uğrunda mübarizədə milli iradəni üstün tutmaqdan vaz keçmədiklərini xatırladan prezident Ərdoğan, son dönəmin Türkiyənin inkişafı istiqamətində çox önəmli məsafələrin qət edildiyi dönəm olduğunu vurğulayıb. “Ölkəmizin bu gün sahib olduğu güclü infrastrukturun, iqtisadi tarazlığın və demokratik qazancların çoxu son 13 ilin məhsuludur. Dövlətlə millət əl-ələ verəndə, eyni dəyərlər ətrafında bütövləşəndə, eyni hədəflərə yönələndə hansı uğurların əldə ediləcəyini görmək istəyənlər bu dönəmi yaxşı təhlil etməlidirlər. Bunun əksinə olan bütün cəhdlərə baxmayaraq, millətimiz öz cəhdləri ilə, əməyi ilə, alın təri ilə, lazım gələndə də qanı ilə ölkəsinin, dövlətinin tərəfində olduğunu hər cəhətdən göstərib”, deyə sözlərinə davam edən prezident Ərdoğan, Cümhuriyyətin 92-ci ilinə həsr edilmiş mərasimlərin dövlətin xalqla bütövləşməsinin sübutu olduğunu bildirib.

Prezident Ərdoğan ”Bölgəmizdə cərəyan edən proseslər və terror hadisələri bizi Cümhuriyyətimizin 100-cü ili olan 2023-cü il hədəfinə çatmaqdan qətiyyən geri qoya bilməz”, sözləri ilə çıxışına davam edərək vətəndaşları bu hədəfə doğru gedən yolda daha əlbir çalışmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR