Qaxda 8-ci sinif şagirdi dəm qazından zəhərlənib

Qaxda 8-ci sinif şagirdi dəm qazından zəhərlənib
# 16 yanvar 2016 19:09 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda 8-ci sinif şagirdi dəm qazından zəhərlənib. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 18 radələrində Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayan 2001-ci il təvəllüdlü Rəqsanə Bəhruz qızı Məmmədli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 14 yaşlı R. Məmmədli yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R. Məmmədliyə lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

R. Məmmədlinin yaxın saatlarda ambulator müalicə almaq şərti ilə evə buraxılacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR