Azərbaycan paytaxtında ər və arvad evdə yanaraq ölüb

Azərbaycan paytaxtında ər və arvad evdə yanaraq ölüb
# 08 yanvar 2016 07:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Suraxanı rayonunda qeydə alınıb. Çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəlüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR