Azərbaycanda 16 minə yaxın imtiyazlı şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib

Azərbaycanda 16 minə yaxın imtiyazlı şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib
# 22 avqust 2016 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin bərpa müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində işlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə yanvar-iyul aylarında nazirliyin imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik bərpa xidmətlərlə təminatı istiqamətində həyata keçirdiyi tədbirlər 15,5 min nəfərədək insanı əhatə edib.

Bu ilin yanvar-iyul aylarında nazirliyin əlillərin bərpa mərkəzlərində 4650 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib. Bu təbəqədən olan vətəndaşların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 8400 nəfərə yaxın şəxs müvafiq xidmətlərlə təmin olunub. Onlara ümumilikdə 20501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1034 ədəd əlil arabası verilib.

Bu dövrdə 70 nəfər əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Əlilliyi olan insanların, habelə şəhid ailəsi üzvlərinin ayrı-ayrı sanator-kurort müəssisələrində müalicələrinin təşkili işlərinin davamı olaraq, belə şəxslərdən ibarət 2320 nəfər vətəndaşa sanator-kurort yollayışı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR