Beyləqan sakini həmyerlisini qayçı ilə qətlə yetirib

Beyləqan sakini həmyerlisini qayçı ilə qətlə yetirib
# 21 sentyabr 2015 11:19 (UTC +04:00)

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da Beyləqan rayonunun Örənqala kəndindəki çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ş.Qəhrəmanov orada ölüb.

 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

 

Faktla bağlı araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR