MSK sədri: “Seçki məntəqələri panduslarla təmin olunacaq”

MSK sədri: “Seçki məntəqələri panduslarla təmin olunacaq”
# 24 oktyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Deputatlığa namizədliyi qeydə alınanların yarısı siyasi partiyaların namizədləridir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov deyib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameralar komissiya üzvlərinin əyləşdiyi masaları və seçki qutusunu göstərməlidir: “Naxçıvanda Milli Məclislə bərabər Naxçıvan Ali Məclisinə seçkilər keçirilir. Naxçıvanda veb-kameralar quraşdırılmış seçki məntəqələrində həm Azərbaycan, həm də ingilis dilində aydın yazılmalıdır ki, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilir. Bu da seçki məntəqəsində quraşdırılmış veb-kamerada aydın görünməlidir”.

M. Pənahov qeyd edib ki, əlil seçicilər üçün seçki məntəqələrində pandusların quraşdırılması məsələsi xüsusi diqqət mərkəzində olmalıdır: “Fiziki imkanları məhdud insanlar üçün ictimai tədbirlərdə iştirak etmək önəmlidir. Seçki məntəqələrində pandusların quraşdırılması çox mütərəqqi bir addımdır və bu, mətbuatda təbliğ olunmalıdır. Seçki məntəqələri panduslarla təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR