Səhiyyə Nazirliyi: Lənkəranda baş verən uşaq ölümü faktını xüsusi komissiya araşdıracaq

Səhiyyə Nazirliyi: Lənkəranda baş verən uşaq ölümü faktını xüsusi komissiya araşdıracaq
# 05 iyul 2016 14:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Lənkəranda qeydə alınan körpə ölümü ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmanı xüsusi komissiya aparacaq. Nəticələr bəlli olandan sonra ictimaiyyətə məlumat veriləcək. Ölümün hansı səbəbdən baş verməsi müəyyənləşəndən sonra müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, bu gün rayonun Ləj kəndinin sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) uşaq xəstəlikləri şöbəsinə gətirilib. Körpəyə müvafiq tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə verilib.

Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR