® Rüfət Quliyev: “Seçicilərimin mənə etimad göstərəcəyinə inanıram”

<font color=red>® </font>  Rüfət Quliyev: “Seçicilərimin mənə etimad göstərəcəyinə inanıram”
# 17 oktyabr 2015 16:06 (UTC +04:00)

“Azərbaycan parlament seçkiləri ərəfəsindədir. 2010-cu ilin parlament seçkilərindən ötən dövr ərzində respublikamız böyük inkişaf yolu keçib və ciddi uğurlara nail olub.

İnanıram ki, növbəti parlament seçkilərində də xalqımız öz düzgün seçimini edəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrdə dinamik inkişaf etməsi, hüquqi əsaslara söykənən dövlətçiliyimizin daha da qüdrətlənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində görüləcək işlər üçün möhkəm və sarsılmaz zəmin yaradacaq. “Bundan ötrü hamımız əsası Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinə və demokratik dəyərlərə sadiqlik nümayiş etdirməli, hər birimiz bütün qüvvə və bacarığımızı xalqımızın rifah halının daha da yaxşılaşması və tərəqqisinə həsr etməli, Azərbaycanımızın yeni zirvələrə yüksəlməsinə çalışmalıyıq”.

Bunu 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Rüfət Quliyev bildirib.

Namizədin seçki qərargahının yaydığı müraciətdə daha sonda bildirilir:

“Mən öz potensialıma və bacarığıma güvəndiyim kimi, seçicilərimin mənə etimad göstərəcəyinə də inanıram. Məqsədim seçicilərimi ali qanunverici orqanda yenə də ləyaqətlə təmsil etmək, qanunların hazırlanması və qəbul olunmasına, onların yerlərdə həyata keçirilməsinə, doğma Lənkəranımızın və Azərbaycanımızın tərəqqisinə çalışmaqdır!

Sizin səsiniz – bizim qələbəmizdir”!

Rüfət Quliyevin 2010-2015-ci illərdə deputat olduğu dövrdə onun təşəbbüsü, yardımı və dəstəyi ilə görülmüş işlər barədə məlumat:

  1. Hər il Qurban, Novruz bayramlarında 230-250 imkansız ailəyə bayram payları verilmişdir;
  2. Veteranlar klubuna zəruri elektrik-məişət cihazları (televizor, soyuducu və s.), oyun əşyaları verilmişdir;
  3. 2011-ci ildə Sütəmurdov kənd orta məktəbinin maye yanacaqla təminatına köməklik göstərmişdir;
  4. 4 il hər dəfə aprel ayında orta məktəblərin Xİ sinif şagirdləri üçün sınaq-test yoxlamaları təşkil edilmişdir;
  5. 5 nəfər imkansız valideynə yardım göstərilib ki, uşaqları repetitorla məşğul olsunlar, nəticədə həmin uşaqlar universitet və orta-ixtisas məktəblərinə daxil olmuşlar;
  6. 8 nəfərə yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasına köməklik göstərilmişdir;
  7. 5 nəfər Lənkəranlı gənc Bakı şəhərində 3 aylıq kompüter kurslarında deputatın dəstəyi ilə oxumuş və sertifikat almışlar;
  8. Hər il may ayının 9-da faşizm üzərində Qələbə günü Lənkəran rayonunun bütün müharibə və arxa cəbhə veteranları üçün təntənəli bayram süfrələri təşkil edilmişdir;
  9. 4 №-li məktəbə 10 ədəd şahmat saatı hədiyyə edilmişdir;
  10. Yeni il bayramlarında uşaq evi və internat məktəbdə bayram süfrələri təşkil edilmişdir;
  11. 245 nəfər imkansız şəxsə müxtəlif hallara görə maddi yardımlar göstərilmişdir;
  12. Deputatın müraciəti əsasında Müdafiə Nazirliyinin hospital və Səhiyyə Nazirliyinin müalicə ocaqlarında 8 nəfər ağır ümidsiz xəstə müalicə alaraq normal həyata qayıtmışdır;
  13. 14 nəfər ailəyə evlərinin təmiri üçün müvafiq tikinti materialları ilə köməklik göstərilmişdir;
  14. Maddi durumu zəif olan 5 ailənin qızları gəlin köçərkən cehiz alınmasına köməklik edilmişdir;
  15. Göyşaban kənd məscidinin minarəsi əsaslı təmir edilmiş və kafellə üzlənmişdir;
  16. Deputatın israrlı xahişlərindən sonra “Azəryolservis”-in rəhbərliyi tərəfindən Ürgə kəndində böyük problemə çevrilmiş keçid inşa edilmişdir;
  17. Deputatın şəxsi kitabxanasından Göyşaban və Ürgə kənd məktəblərinin hər birinə 50 ədəd latın qrafikası ilə çap olunmuş kitab hədiyyə edilmişdir;
  18. Deputatın şəxsi kitabxanasından Ukraynadakı Azərbaycan diasporuna 150 ədəd siyasi və bədii kitab hədiyyə edilmişdir;
  19. Deputatın himayəsi ilə 8 nəfər Ukraynaya - ali təhsil müəssisələrinə oxumağa göndərilmişdir;
  20. 12 şəhid ailəsinə və Qarabağ müharibəsi əlillərinə dəfələrlə maddi yardım göstərilmişdir;
  21. 6 nəfər evi yanmış və ya qəzalı vəziyyətə düşmüş seçiciyə maddi yardım göstərilmişdir;
  22. Müxtəlif xeyriyyə fondlarına vəsait keçirilmişdir;
  23. Lənkəran şəhərində əlillər və əl qabiliyyəti olan şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara müəyyən suvenirlərin, təsviri sənət nümunələrinin hazırlanması ilə məşğul olmaq üçün deputatın hesabına emalatxana açmaq və avadanlıq təklifi ilə dəfələrlə bu qəbildən olan şəxslərlə görüşlər keçirilmişdir;
  24. Respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarların fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar deputat Milli Məclisin İqtisadi Komitəsinin iclaslarında və plenar iclaslarında dəfələrlə çıxışlar etmiş, məqsədyönlü təkliflər vermişdir;
  25. Deputatın vəsaiti hesabına 12 nəfər şəxs müalicəyə göndərilmişdir;
  26. Bir nəfər tibb bacısı üçün zəruri tibbi avadanlıqlar alınmışdır ki, fərdi qaydada işdən sonra öz ixtisası ilə məşğul olub ailə büdcəsini artırsın;
  27. Seçki dairəsinə daxil olan yaşayış məntəqələrində bir sıra xeyir-şər məclislərində iştirak edib maddi yardımlar göstərilmişdir;
  28. Lənkəran rayonunun turizm imkanlarından istifadə etmək məqsədilə bir sıra turizm şirkətlərinin rəhbərləri ilə Lənkəranda görüşlər keçirmiş, bu sahə üçün kadr hazırlanmasına köməklik göstərilmişdir;
  29. Lənkəran Dövlət Universitetində musiqi fakültəsinin açılması üçün Təhsil Nazirliyinin razılığı alınıb;
  30. 14 seçicinin ailəsinə ünvanlı social dövlət yardımının verilməsi məsələsi araşdırılaraq həll olunub;
  31. T.Şevçenko adına Kiyev Milli Universitetində oxuyan azərbaycanlı tələbələrə dil və digər məsələlərdə güzəştlər edilməsi barədə deputat tərəfindən Universitetin rəhbərliyinə müraciət olunub və məsələ öz müsbət həllini tapıb;
  32. Veteranlar Klubunun daş döşəməsi dəyişdirilərək taxta ilə əvəzlənmişdir;
  33. Qurtuluş Günü bayramı ilə əlaqədar 5 dəfə uşaq evi və internat məktəbində bayram süfrələri təşkil edilmişdir;
  34. Müxtəlif şirkət və təşkilatların rəhbərləri yeni obyektlər - iş yerləri açmaq məqsədilə Lənkərana dəvət olunmuşlar;
  35. Deputat Lənkəran Dövlət Universitetində tələbələrlə, öz qəbul otağında isə Lənkəranlı gənclərlə dəfələrlə görüşlər keçirmiş, onların problemlərini öyrənmiş və çıxışlarında onları açıqlamışdır;
  36. 5 il ərzində deputat Milli Məclis və MDB Parlamentlərarası Assambleyası xətti ilə 48 dəfə xarici səfərlərdə olmuş və bu səfərlər zamanı xarici ölkələrdəki diaspor nümayəndələri ilə görüşlər keçirmiş, təşkil etdiyi mətbuat konfranslarında, televiziya və KİV-dəki çıxışlarında Azərbaycan həqiqətlərini yerli ictimaiyyətin nəzərinə çatdırmışdır;
  37. Deputat tərəfindən Lənkəranlı gənc yazarlara kitablarının nəşri üçün köməkliklər göstərilmişdir;
  38. Deputat ayda 1 dəfə (bəzən 2-3 dəfə) qəbullar keçirmiş və bu qəbullarda yenilik olaraq Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin işçilərinin də iştirakı təmin edilmişdir ki, bu da qaldırılan məsələlərin operativ həllinə böyük kömək göstərmişdir;
  39. 5 il müddətində deputat seçicilərlə 25 görüş keçirmişdir;
  40. 816 ərizəyə, 1265 şifahi müraciətə baxılmış və deputat tərəfindən 78 qəbul zamanı 1458 seçici qəbul edilmişdir, keçirilən 25 görüsdə 3183 nəfər seçici iştirak etmişdir;
  41. 6 nəfərin ailə üzvlərinin əfvi ilə əlaqədar deputat Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına müraciət etmişdir;
  42. Deputatın israrlı müraciətlərindən sonra Lənkəran şəhər sakini Seyfullayev Samirin “Azərsu” ASC-in podratçı təşkilatı tərəfindən yararsız hala düşmüş 2 mərtəbəli fərdi evi “Azərsu” ASC tərəfindən əsaslı təmir edilmişdir;
  43. Deputatın köməkliyi ilə 54 nəfər Lənkəran və Bakı şəhərlərində işə düzəlmişdir.

Rüfət Atakişi oğlu Quliyev - 1963-cü il may ayının 6-da Bakı şəhərində əslən Lənkəranın Sütəmurdov kəndindən olan Atakişi Ağadədə oğlu Quliyevin ailəsində anadan olub.

1986-cı ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin (hazırda T.Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsini bitirərək, Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətə başlamışdır. Hazırda həmin Universitetin professoru və "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiri, eyni zamanda T.Şevçenko adına Kiyev Milli Universitetinin də professorudur.

1995-ci ildən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad elmləri doktorudur.
200-ə yaxın elmi əsər və məqalənin (o cümlədən 7 monoqrafiya, 4 dərslik, 3 broşüra) müəllifidir, onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür.

Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Çin Xalq Respublikası, Küveyt, Almaniya, Şimali Kipr, Latviya, Moldova, Qazaxıstan, BƏƏ-də təşkil edilən konfranslarda ölkəmizin iqtisadiyyatının inkişaf yolları və əldə edilmiş uğurlar barədə çıxışlar edib.

2003-cü ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının üzvüdür.

III və IV çağırışlarda Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş və hazırda İqtisadi siyasət komitəsinin üzvü, həmçinin MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini və GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür.

Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Ukrayna, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli Məclisin, MDB parlamentlərarası Assambleyasının xəttilə çoxsaylı xarici səfərlərdə olub, MDB məkanında keçirilən prezident və parlament seçkilərinin əksəriyyətində müşahidəçi qismində iştirak edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli və məqsədyönlü iş aparır.

Xeyriyyəçilik tədbirlərində fəal iştirak edir.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “İşçilərin sosial-iqtisadi hüquqlarının və mənafelərinin qorunmasında xüsusi xidmətlərinə görə” medalı, İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın “Birimdik-Yedinstvo” İctimai fondunun “Birimdik-Yedinstvo” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir.

Bitərəfdir. Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR