"Fitch" "Unibank"ın reytinqini stabil saxlayıb

"Fitch" "Unibank"ın reytinqini stabil saxlayıb
# 06 noyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Unibank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq agentliyin dəyərləndirməsinə görə, “Unibank”ın bu il üçün də reytinqi B “stabil”dir.

“Fitch” mütəxəssislərinin fikrincə, reytinqin əvvəlki həddə saxlanılması bankın göstəricləri ilə bağlıdır: “Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, “Unibank”ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir”.

“Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır.

Xatırladaq ki, “Fitch Ratings” agentliyi “Unibank”ın reytinqini yüksəldən zaman, kredit portfelin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR