Yol qəzası törədib qaçan şəxs tutulub

Yol qəzası törədib qaçan şəxs tutulub
# 28 sentyabr 2015 14:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol qəzası törədib qaçmaqda şübhəli bilinən şəxs tutulub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 26-da naməlum avtomobil Rafiq İsmayılov adlı şəxsi vurub. Xəstəxanaya yerləşdirilən R. İsmayılova tibbi yardım göstərilib.


Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Mehdi Xəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR