Neftçilər Xəstəxanasında müalicə alan 2 neftçi evə buraxılıb

Neftçilər Xəstəxanasında müalicə alan 2 neftçi evə buraxılıb
# 08 dekabr 2015 12:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında baş vermiş qəza nəticəsində xəsarət alan 2 neftçi xəstəxanadan evə buraxılıb.

APA-nın məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan Ənvər Əliyev və Mais Abbasovun səhhətləri normal olduğundan, onların evə buraxılmasına qərar verilib.


Hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 12 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR