Bakıya gecə saatlarında daxil olan rayon avtomobillərinin paytaxtda hərəkəti sərbəst olacaq

Bakıya gecə saatlarında daxil olan rayon avtomobillərinin paytaxtda hərəkəti sərbəst olacaq
# 14 sentyabr 2015 14:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib.

Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, qadağa müəyyən edilmiş saatlarda yük və minik avtomobillərinin şəhərə girişi ilə bağlıdır, gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil olan rayon qeydiyyatında olan minik avtomobillərinin şəhər içərisində hərəkətinə isə qadağa qoyulmayıb.

"Yəni rayon qeydiyyatında olan minik avtomobillərini gün ərzində paytaxtda sərbəst hərəkət edə biləcək", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR