Moskvada "Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb

Moskvada "Günəşli" yatağında baş verən yanğın nəticəsində həlak olanların xatirəsi anılıb
# 07 dekabr 2015 23:06 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Xəzər dənizində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olanların xatirəsi Rusiya paytaxtında anılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.

Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) nümayəndələri, habelə Rusiyada təhsil alan gənclər yanğın nəticəsində həlak olanların xatirəsini yad edərək lövhənin qarşısına gül dəstələri qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR