“Azərbaycan Sənaye Bankı”nda problemli kreditlərin həcmi artıb

“Azərbaycan Sənaye Bankı”nda problemli kreditlərin həcmi artıb
# 15 aprel 2016 08:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin I rübündə "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 22,73% artaraq 668,401 mln. manata çatıb.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 26,12% artaraq 215,326 mln. manat olub. İlk rübdə vaxtı keçmiş (problemli) kreditlərin həcmi 0,49% artaraq 7,182 mln. manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı isə azalıb - ötən ilin I rübündə bu göstərici 3,75% olduğu halda, hazırda 3,24%-dir.

Yanvar-mart ayları ərzində bankın öhdəlikləri 24,41% artaraq 588,105 mln. manat olub.


Bankın depozit portfeli 24,78% artaraq 407,009 mln. manat təşkil edib. Burada fiziki şəxslərin tələbli depozitlərinin payı 6,284 mln. manat, müddətli depozitlərinin payı isə 326,442 mln. manatdır.

Bankın nizamnamə kapitalı dəyişməz olaraq 60 mln. manat səviyyəsində qaldığı halda, məcmu kapitalı 11,72% artaraq 80,296 mln. manat olub.

"Azərbaycan Sənaye Bankı" I rübü 2 mln. 673,19 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR