Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb

Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb
# 12 yanvar 2016 19:25 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Farah əyalətində təhlükəsizlik qüvvələri ilə atışma zamanı “Taliban” hərəkatının liderlərindən biri və 10 silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərəkatın Molla Bismillah adlı liderlərindən biri və daha 10 silahlı bir saatdan çox davam edən atışma zamanı öldürülüb.

Məlumata görə, silahlılar təhlükəsizlik qüvvələrinə qarşı pusqu qurub, lakin hərbçilər hücumu dəf etməyə müvəffəq olublar. Döyüş zamanı daha 10 silahlı yaralanıb, onlara məxsus dörd nəqliyyat vasitəsi sıradan çıxarılıb, təhlükəsizlik qüvvələrinin bir əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR