Ağcabədinin Hindarx qəsəbəsində məktəb yanıb

Ağcabədinin Hindarx qəsəbəsində məktəb yanıb
# 17 yanvar 2016 17:03 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı-APA. Ağcabədi rayonunun Hindarx qəsəbəsində məktəb binası yanıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, şəhid Xanoğlan Həsənov adına məktəbdə yanğın hələlik məlum olmayan səbəbdən çıxıb. Alovu söndürməyə Ağdam və Ağcabədi rayonunun yanğınsöndürənləri cəlb edilib.

Lakin 215 şagirdin təhsil aldığı məktəb tamamilə yanıb. Hadisənin baş verdiyi əraziyə gələn Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, sinif otaqları yararsız hala düşdüyündən şagirdlər təhsillərinə müvəqqəti olaraq qəsəbədəki digər məktəb binasında davam edəcəklər. Mütəxəssislər yanğının hansı səbəbdən baş verdiyi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR