Azərbaycan XİN rəhbəri: “Lavrovun təklifləri Qarabağ danışıqlarına yaxşı təkan verə bilər”

Azərbaycan XİN rəhbəri: “Lavrovun təklifləri Qarabağ danışıqlarına yaxşı təkan verə bilər”
# 03 dekabr 2015 13:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.

E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: “Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Təcavüzkarla təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzuolunan nəticəni verməyəcək. Təcavüzkarın məmnun edilməsi onu daha da həvəsləndirir. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur”.

Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. “Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər”, - deyə nazir əlavə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR