Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb
# 09 sentyabr 2016 19:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1999-cı il təvəllüdlü Asiman Ziyad oğlu Səfərov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yeniyetmənin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə A. Səfərov mübahisə zəminində şəhərin mərkəzində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR